İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu il Rusiyadan Özbəkistana qaz nəqli 3 dəfə artırılacaq

Bu il Rusiya qazının Qazaxıstan vasitəsilə Özbəkistana nəqlinin həcmi ötən illə müqayisədə təxminən 3 dəfə artaraq 3,8 milyard kubmetrə çatacaq.

Musavat.com xəbər verir ki, bu barədə TASS müxbirinə Qazaxıstan Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, “Qazprom” QSC ilə Qazaxıstan hökuməti arasında imzalanmış strateji əməkdaşlıq haqqında saziş çərçivəsində Rusiya qazının Özbəkistana nəqlinin illik həcminin 2023-cü ildəki 1,28 milyard kubmetrdən 2024-cü ildə 3,8 milyard kubmetrə qədər artırılması müəyyən edilib.

Qeyd edək ki, Rusiya qazının Qazaxıstan üzərindən Özbəkistana çatdırılmasına 2023-cü ilin oktyabrında 3 ölkə prezidentinin iştirak etdiyi mərasimlə start verilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR