Onlayn ictimai-siyasi qəzet
“2024-cü ildə qlobal neft bazarında vəziyyət komfortlu olacaq”.
Musavat.com-un xəbərinə görə, bu fikri Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol “Bloomberg” telekanalında səsləndirərək bildirib ki, bir sıra ölkələr tərəfindən artan tədarük tələbi ödəyəcək və qiymətləri aşağı salacaq.
Birol qeyd edib ki, qlobal neft tələbi 2024-cü ildə gündə 1,2 milyondan 1,3 milyon barelədək (b/d) artacaq ki, bu da keçən illə müqayisədə çox zəif tempdir. Bunun əsasə səbəbi isə Çində və dünyanın bir çox digər yerlərində iqtisadi artımın yavaşlamasıdır. IEA-nın yanvar ayı hesabatına görə, 2023-cü ildə qlobal neft tələbatı sutkada 2,254 milyon barel artıb.
Fatih Birol qeyd edib ki, bu il artan tələb ABŞ, Kanada, Braziliya və Qayana kimi ölkələrdə artan istehsalın hesabına asanlıqla qarşılanacaq:
“Bu hasilat artımı qlobal neft tələbatını ödəmək üçün kifayət edəcək. Beləliklə, böyük geosiyasi şoklar və ya ekstremal hava hadisələri olmasa, biz 2024-cü il ərzində kifayət qədər rahat neft bazarı və mülayim qiymət dəyişiklikləri gözləyə bilərik”.
Birol BEA-nın proqnozunu təkrarlayaraq vurğulayıb ki, dünya iqlim təsirlərini məhdudlaşdırmaq üçün qalıq yanacaqlardan uzaqlaşmağa çalışarkən, qlobal neft tələbi bu onilliyin sonuna qədər azalacaq. O, həmçinin qeyd edib ki, OPEC ölkələri hasilatın məhdudlaşdırılması şərtlərini yerinə yetirməkdə indiyədək “yaxşı nizam-intizam” nümayiş etdiriblər, həmçinin hasilatın daha da azaldılmasına qarşı xəbərdarlıq ediblər, çünki bu, qiymət artımına və inflyasiyanın artmasına səbəb ola bilər.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ