İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu il Azərbaycan əhalisinin yanacaq xərcləri 10 % artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 449,4 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

Musavat.com-un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 % çoxdur.

Ötən ay alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,3 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 8 milyard 555 milyon manatlıq, o cümlədən 4 milyard 726,4 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 3 milyard 828,6 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 2023-cü ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,5 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 %, qeyri-ərzaq malları üzrə 5,2 % artıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR