İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu il 194 min qazax işləmək üçün xaricə gedib

Bu ilin əvvəlindən Qazaxıstandan xaricə işləmək üçün 194 min vətəndaş gedib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu keçirdiyi brifinqdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Miqrasiya Komitəsinin sədri Askarbek Yertayev bildirib.

“İlin əvvəlindən 194 min qazaxıstanlı gedib. Onlardan 162 mini Rusiyaya, 13,1 mini Polşaya, 6 mini Cənubi Koreyaya, 5 mini isə Böyük Britaniyaya işləmək üçün yollanıb”, - Yertayev jurnalistlərin suallarını cavablandırarkən deyib. .

O, həmçinin bildirib ki, indi Əmək Nazirliyi xaricdəki qazax işçilərinin hüquqlarının qorunması üçün çalışır. Xüsusilə, Cənubi Koreyada Qazaxıstan onların məşğulluq sisteminə qoşulur.

“Biz artıq birinci sorğunu doldurmuşuq. Burada vətəndaşlarımızın Cənubi Koreyaya necə səyahət edəcəyinin alqoritmi müzakirə olunur. Bir sözlə, xüsusi təhsil müəssisələri ayrılacaq, orada qazaxıstanlıları səfərə, dilə, əsas şeylərə hazırlayacaqlar. İkincisi, onların tibbi sağlamlığı yoxlanılacaq. Bu ölkədə lazımi tibbi arayışların olması tələbi var”.

Koreyaya girişdən ötrü başqa bir tələb işçilərin ölkədən çıxması üçün dəqiq müddətlərə zəmanət verən razılaşma olacaq.

Bundan əvvəl Qazaxıstan Xarici İşlər Nazirliyi qazaxların Cənubi Koreyanın miqrasiya qanunlarını pozması, orada qeyri-qanuni mühacir olaraq qalması hallarının daha çox olduğunu bildirmişdi. 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR