İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu, hüquqi nihilizmdir” - Azərbaycanlı deputat rusiyalı təbliğatçıya cavab verdi  

 

“Vahid Rusiya” partiyasından olan deputat Nikolay Valuyevin ardından digər rusiyalı deputat Yevgeni Popov da Rusiyada yaşayan həmyerlilərimizi hədəf alan sərsəmləmə ilə çıxış edib. O, Azərbaycan əsilli rusiyalı iş adamlarına qarşı mümkün repressiyalara eyham vurub.

Musavat.com xəbər verir ki, Milli Məclisin deputatı  Nizami Səfərov Popovun açıqlamasına cavab olaraq özünün “Facebook” səhifəsində yazıb:

“Kiyev Ploşad, “Ukrayna” oteli və ya “Sadovod” bazarlarının bağlanmasına çağırış edən Popovun özünün bağlanacağı ehtimalı daha çoxdur.  Əgər müavin-təbliğatçı bu obyektlərin sahiblərinin kim olduğunu bilmirsə, bu barədə ona gündəlik tezislər, kurs verənlərdən bunu soruşmalıdır. Söhbət şəxsi biznesdən və şəxsi mülkiyyətdən gedir. Əgər “Vahid Rusiya”dan olan deputatlar əslən Azərbaycandan olan Rusiya vətəndaşlarının investisiyalarına və bizneslərinə qarşı diskriminasiyaya çağırırlarsa, bu, hüquqi nihilizmdən başqa bir şey deyil. Bu cür tezislərin Rusiyanın hakim partiyasından olan deputatlar tərəfindən səsləndirilməsi Dövlət Dumasının tam deqradasiya səviyyəsindən və acınacaqlı durumundan xəbər verir”.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR