Onlayn ictimai-siyasi qəzet
"Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrində icra olunan əməliyyatların dəyəri Agentlik tərəfindən həmin tibb müəssisəsinə ödənilir. 2022-ci ildə 90 milyon manatdan çox vəsait ödənilmişdisə, bu il 2 dəfədən çox artaraq ödəniş 211 milyon manat (bu ilin yanvar-noyabr ayları daxil olmaqla) təşkil edib".
Musavat.com xəbər verir ki, bu fikirləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədri Zaur Əliyev bu gün keçirilən mətbuat konfransında bildirib.
Agentliyin sədri məlumat verib ki, bununla vətəndaşların dövlət xəstəxanalarında göstərilməsi mümkün olmayan xidməti müqaviləli tibb müəssisəsində alması təmin edilib:
"Bu xidmətə əlçatanlığın göstəricisidir. Özəldə ən çox icra olunan əməliyyat və prosedurlar: ürək-damar və oftalmoloji əməliyyatlar, invaziv radioloji xidmətlər olub. Biz icbari tibbi sğortanın tətbiqinə başlayanda 1829 tibbi xidmətlə başlamışdıq. Bu il Xidmətlər Zərfindəki xidmət sayını 81% artıraraq 3315-ə çatdırmışıq. Yeni əlavə edilən xidmətlərin sırasında gələn transplantasiya əməliyyatları (böyrək, qaraciyər, sümük iliyi – 150, 100, 20) limitli şəkildə qarşılanır. Bu günədək İTS çərçivəsində 23 transplantasiya əməliyyatı icra olunub".
Nigar HƏSƏNLİ,
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ