Onlayn ictimai-siyasi qəzet
Bu gün, fevralın 25-də Azərbaycanda Novruz bayramının ilk müjdəçisi olan Su çərşənbəsi qeyd olunur.
Musavat.com xəbər verir ki, xalq inanclarına görə, bu çərşənbə suyun təmizləyici və dirildici gücünü simvolizə edir. İnsanlar bu günü su ilə bağlı rituallarla qarşılayır, bulaq və çaylardan su gətirərək evlərini təmizləyir, arzu və dualarla suya niyyət edirlər.
Su çərşənbəsi ilə birlikdə Novruzun gəlişinə sayılı günlər qalır. Növbəti həftələrdə Od, Yel və Torpaq çərşənbələri qeyd olunacaq, daha sonra isə yazın gəlişini müjdələyən Novruz bayramı gələcək.
Qeyd edək ki, Novruz bayramı Azərbaycanın milli-mənəvi dəyərlərinin ayrılmaz hissəsidir və hər il böyük coşqu ilə qarşılanır.
Musavat.com
25 Fevral 2025
24 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ