İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün saat 18:00-da tarixi hadisə reallaşacaq - FOTO

Tamamlanması 45 il çəkən İngiltərənin "The Beatles" rok qrupunun son mahnısı bu gün işıq üzü görəcək.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, "Now and then" adlanan bəstə bu gün Bakı vaxtı ilə 18:00-da "BBC 6 Music" radiosunda səsləndiriləcək.

Qeyd edək ki, mahnını 1970-ci illərdə Con Lennon yazıb və ifa edib. Mahnı ötən il qrupun iki üzvü - Pol Makkartni və Rinqo Starr tərəfindən tamamlanıb.

Mahnının hekayəsi 1978-ci ildə, Con Lennon Nyu-Yorkdakı evində pianoda demo yazmaq qərarına gələndə başlayır.

Ölümündən sonra həyat yoldaşı Yoko Ono kaseti "The Beatles" üzvlərinə verir. Lentdə həmçinin "Free as a Bird" və "Real Love" mahnılarının demoları var idi.

Bu iki mahnı 1995 və 1996-cı illərdə rok qrupu tərəfindən 25 ildə buraxılan ilk orijinal musiqi.

Qeyd edək ki, kifayət qədər keyfiyyətsiz bir kasetdə yazılmış mahnı əslində süni intellektdən istifadə edilərək yenidən bərpa olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR