İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün Bakının bu rayonunda qaz OLMAYACAQ

Bu gün Bakının Binəqədi rayonunun qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Musavat.com Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən məlumat verir.

Bildirilir ki, Binəqədi rayonu, Binəqədi-Biləcəri şosesində yerləşən 39 mənzilli çoxmərtəbəli yaşayış binasına çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması məqsədi ilə fevralın 16-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vulkan yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR