Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Bərdə rayonunda yas mərasimi zamanı 1 nəfərin ölümü, 33 nəfərin müxtəlif bədən xəsarətləri alması ilə nəticələnən bədbəxt hadisə baş verib.
Yas mərasiminə gələn qonaqlar evin ikinci mərtəbəsindəki otaqlardan birində toplaşıblar. Qəfildən ağırlığa dözməyən döşəmə çöküb. Hadisə yerinə FHN-nin xilasediciləri cəlb olunub.
Ölümlə nəticələnən hadisə ilə bağlı prokurorluqda araşdırmalar başlayıb.
Evdən görüntüləri təqdim edirik:
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ