İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ərazilərdə yanğın neft quyuları istiqamətində baş verib

Şimal bölgəsində yanğınlar zamanı 3 evə qismən, 2 evin çardağına ziyan dəyib.

Musavat.com xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev 2022-ci ilin avqust ayında Azərbaycanda baş  vermiş yanğınlarla bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, yanğın zamanı insanlara dəymiş ziyan ödəniləcək: "Yanğın Şabranda örüş sahəsindən başlamışdı. Küləyin təsir qüvvəsi ilə yanğın istiqamətini dəyişdi. Siyəzən, Şabran ərazisində yanğın neft quyuları istiqamətində baş vermişdi. Biz yanğının quyular istiqamətində hərəkətini dayandırdıq. İnsanların evləri, mülkləri, fermer təsərrüfatları, biçilmiş təsərrüfatları yandı".

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR