İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu əməliyyatın icra ediləcəyi dövlət tibb müəssisələrinin sayı artacaq

Sümük iliyi transplantasiyası əməliyyatının icra ediləcəyi dövlət tibb müəssisələrinin sayı artacaq.

Musavat.com xəbər verir ki, bu məlumatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədri Zaur Əliyev mətbuat konfransında verib.

Agentlik sədri qeyd edib ki, keyfiyyətli tibbi xidmətin əsasında maddi-texniki bazanın mövcudluğu dayanır:

"İnstrumental müayinələrin aparılması, mürəkkəb cərrahi prosedurların icrası üçün Agentlik tərəfindən 2022-2023-cü illər ərzində 54 milyon manatdan çox məbləğdə avadanlıq alınıb. İcbari tibbi sığortadan əvvəl (2019-cu il) 45 milyon manat, icbari tibbi sığortadan sonra 2023-cü ilin 11 ayı ərzində 120 milyon manatdan çox məbləğdə dərman/tibbi sərf alınıb. Müasir tibbi avadanlıqların sayının artmasına göstərdiyimiz dəstək vətəndaşların sağlamlığının qorunmasına, vaxtında müayinə və müalicəyə cəlb edilməsinə yönəlib.

Vətəndaşların icbari tibbi sığorta çərçivəsində yaşadıqları yer üzrə fəaliyyət göstərən dövlət tibb müəssisəsində tibbi xidmət almalarına imkan yaradır. Avadanlıqlar müayinə zamanı yüksək keyfiyyətli görüntü əldə etməyə, xəstəliklərin dəqiq diaqnozunun təyininə, vaxtında aşkarlanmasına imkan verir. Avadanlıqlar əvəllər icrası mümkün olmayan xidmətləri dövlət tibb müəssisələrində mümkün edəcək. Qapalı və açıq cərrahi əməliyyatların icrasını asanlaşdıracaq. Sümük iliyi transplantasiyası əməliyyatının icra ediləcəyi dövlət tibb müəssisələrinin sayı artacaq".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR