Onlayn ictimai-siyasi qəzet
Ukrayna Baş Kəşfiyyat İdarəsi “Magura V5” dronları vasitəsi ilə ilhaq edilmiş Krım adasında Rusiyanın “Serna” tipli desant katerini vurub. Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın xüsusi xidmətindən bildirilib.
Məlumata görə, hadisə Qara dənizdə Uzkaya buxtasında mayın 6-da gecə saatlarında baş verib. Vurğulanıb ki, Rusiya İlan adasına hərbi texnika və desant daşımaq üçün bu katerdən istifadə edib.
Rusiyanın Belqorod vilayətinə növbəti PUA hücumu edilib. Rusiya Teleqram kanalları məlumat yayıb. Məlumata görə, Ukrayna PUA-sı Borisovsk rayonunda “Aqro-Belqorye” şirkətlər qrupuna məxsus maşına çırpılıb.
Nəticədə 33 nəfər yaralanıb, 6 nəfər ölüb. Belqorod vilayətinin qubernatoru Vyaçşeslav Qladkov yaralıların sayının 35-ə çatdığını bildirib.
“Ukraynadakı Qərb qoşunları Rusiyanın işğalçı ordusunu geri atmağa kömək edərdi”. Ukrayna Baş naziri Denis Şmıqal “CBC News”-a müsahibəsində deyib.
Şmıqal Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya qoşun göndərmək barədə mülahizələrini şərh edərkən deyib ki, Ukrayna hələlik tərəfdaşlarından və müttəfiqlərindən yalnız Rusiya təcavüzündən müdafiə üçün öz ordusunu lazımi hərbi texnika və silahlarla təmin etməyi xahiş edir.
Ukraynaya NATO qoşunlarının göndərilməsi ehtimalına gəlincə isə Şmıqal deyib ki, “vaxtı gəlsə, biz buna görə çox minnətdar və şad olacağıq”.
TVMusavat-ın bu gün saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu politoloq Vaqif Hüseynlə söhbətləşir.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ