Onlayn ictimai-siyasi qəzet
İranla Azərbaycan arasında əməkdaşlıq davam edir və ABŞ-nin İranla qonşu dövlətlər arasında dostluq münasibətlərinə qarışmağa haqqı yoxdur.
Musavat.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani həftəlik mətbuat konfransında ABŞ rəsmisinin İranın Qafqazda dəhliz yaradılmasında iştirakı ilə bağlı şərhinə cavabında deyib.
“ABŞ böyük danışır, ona heç bir aidiyyəti olmayan məsələlərə müdaxilə edirlər. İranla region ölkələri, o cümlədən Azərbaycan arasında əməkdaşlıq davam edir və ABŞ-nin İranla qonşu dövlətlər arasında dostluq münasibətlərinə qarışmağa haqqı yoxdur. ABŞ regionun daxili işlərinə qarışmağı dayandırmalı və keçmiş təcrübələrdən öyrənməlidir. Bu cür müdaxilələrin ABŞ-a heç bir faydası olmayacaq”, - o qeyd edib.
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) tərəfdaşlarından bu ölkəyə yardım haqqında sənədi gündəmdən çıxarmağı xahiş edib. KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşündə deyib.
Qeyd olunub ki, Belarus Kollektiv Təhlükəsizlik Şurasının 34 prioritet istiqamətindən 32-sini icra edib. O qeyd edib ki, 2 tədbirin icrası mümkün olmayıb:
“Bunlardan biri Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana yardımı ilə bağlıdır. Digər müttəfiqlər bu qərarı dəstəkləsələr də, erməni tərəfi bu sənədə maraq göstərməyib. Bundan başqa işin sonunda bu məsələni ümumiyyətlə gündəlikdən çıxarmağı xahiş edib”.
“Düşünürük ki, ilk növbədə Qarabağdakı erməni sakinlərin geri qaytarılma hüququnun təmin edilməsi çox vacibdir”.
AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar erməni mətbuatına müsahibəsində deyib.
Klaarın sözlərinə görə, həmin sakinlərin geri qayıtmaq istəmələri üçün kifayət qədər təhlükəsizlik hissi yaradan şərait olmalıdır:
“AB perspektivindən çox aydın şəkildə bildirmişik ki, bütün köçkünlər istəsələr, təhlükəsiz şəkildə ilkin yaşayış yerlərinə qayıda bilməlidirlər. Bu mənada biz bu problemi müxtəlif platformalarda qaldırdıq. Hesab edirik ki, bu, həll edilməli olan çox mühüm məsələdir. Amma təbii ki, insanlar istəməsə, heç kəs geri qayıtmağa məcbur edilə bilməz. Ancaq geri qayıtmaq istəyənlər varsa, onların əksəriyyətinin qayıtmaq qərarına gəlməsinə imkan verəcək şəraitin yaradılması üçün hər cür səy göstərilməlidir”.
Toyvo Klaar erməni jurnalistin Qarabağdakı separatçıların Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılması ilə bağlı verdiyi sualı cavablandırmayıb.
TVMusavat-ın bu gün saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun qonağı təhlükəsizlik mütəxəssisi, politoloq Sülhəddin Əkbərdir.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/NewMusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
05 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ