İnsanlara hürriyət, millətlərə istiqlal!

"Bu cür hadisələr ölkə iqtisadiyyatına milyardlarla dollar ziyan deməkdir" -İqtisadçıdan SƏRT REAKSİYA

 

"Sakinlər evdə ola-ola evin dağıdılması təkcə insanlıq və hüquq problemi deyil, həm də ölkə iqtisadiyyatına qarşı məqsədli cinayətdir. Belə hadisələr iqtisadiyyata milyardlarla dollar ziyan vurur və dövlətin uzun illər apardığı iqtisadi siyasətin effektini ciddi şəkildə azaldır".

Musavat.com bildirir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov deyib.

İqtisadçı qeyd edir ki, qanunsuzluqlar həm yerli, həm də xarici investorları ölkəyə etibar etməkdən çəkindirir, investisiyaların axınına mənfi təsir göstərir:

"Buna görə də mülkiyyət toxunulmazlığını kobud şəkildə pozan və bu cür özbaşınalığa yol verən şəxslər daha ağır maddələrlə məsuliyyətə cəlb edilməlidir".

Xatırladaq ki, ötən gün saat 11 radələrində “Melissa Group” şirkətinin əməkdaşları Yasamal rayonu, Alatava ərazisində yaşayış evini içərisində sakinlərin olmasına baxmayaraq, qanunsuz şəkildə sökməyə cəhd ediblər. Hadisə nəticəsində üç nəfər xəsarət alıb.

Faktla bağlı söküntü işləri aparan şirkətin rəhbəri, iş icraçısı və ekskavator sürücüsü saxlanılıb, cinayət işi açılıb.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Mart 2025

BÜTÜN XƏBƏRLƏR