İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu, Cümhuriyyət qurucularına ehtiramın göstəricisidir” - Rəşad Məcid

“Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncamını müsbət qiymətləndirirəm. Bu, Cümhuriyyət qurucularına ehtiramın göstəricisidir”.

Bu fikirləri Musavat.com-a Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid deyib. 

““Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur”.

Sərəncamdakı bu fikirlər Rəsulzadə irsinin dərindən öyrənilməsi istiqamətində görülən işlərin daha da genişlənməsinə və intensivləşməsinə səbəb olacaq”, - R.Məcid vurğulayıb. 

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb.

Aytən Novruz
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR