İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu bazarda Novruz süfrəsi üçün ucuz məhsullar satılır - REPORTAJ, FOTOLAR

Novruz bayramına bir neçə gün qalır. Bu günlərdə hər kəs bayram süfrəsini bəzəmək üçün, valideynlər isə övladlarının bayram tədbirləri üçün tədarük görürlər. Xüsusilə bayram xonçasını hazırlamaq üçün münasib qiymətə olan səbətlər, səmənilər, suvenirlərə və s. ehtiyac var.

Musavat.com-un əməkdaşı Bakı Dəmiryolu Vağzalının yanında yerləşən pərakəndə və topdan satış məntəqəsində qiymətlərlə maraqlanıb.

QİYMETİM.jpeg (335 KB)

Kiçik səbətlər 3-6 manat, böyüklər 17 manata satılır. Orta ölçülü səbətləri 10 manata əldə etmək olar.

SEBET.jpeg (297 KB)

Heykəlciklərin qiyməti 1 manat 50 qəpikdir. Nisbətən böyüklər 2-3 manata satılır. Milli geyimli heykəlciklərin qiyməti isə belədir: kiçiklər 4 manat, böyüklər 10 manat.

HEYKELİ.jpeg (395 KB)

Bayram şamlarının qiyməti 40; 50; 80 qəpikdir. Dovşan və səməni fiqurlu şamlar 1 manata satılır. Kiçik şüşə qabda bəzəkli şamlar isə 1 manat 50 qəpikdir.

SAMLAR.jpeg (239 KB)

Bazarda çox çeşiddə şəkərbura, paxlava, qoğal və s. suvenirlər var. Onların qiyməti 1 manat, 1 manat 50 qəpikdir.

SEKERBURA.jpeg (291 KB)

Şəkilli yumurta örtüyü 20 qəpikdir.

YUMUR.jpeg (352 KB)

Rəngləndirici isə 1 manat 50 qəpiyə satılır. Səmənilərin qiyməti 8-10 manatdır.

SEMENİ.jpeg (302 KB)

Nigar HƏSƏNLİ,
FOTOLAR MÜƏLLİFİNDİR
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR