İnsanlara hürriyət, millətlərə istiqlal!

BU AN! Rusiyanın dörd regionuna HÜCUM oldu, ANLAŞMA pozuldu – CANLI

Rusiya hava hücumundan müdafiə sistemləri gecə ərzində ölkə üzərində 57 ədəd Ukrayna PUA-sını vurub. Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Kurskda 35, Oryolda 13, Tula və Bryansk vilayətləri ərazisi üzərində 1, Azov dənizinin suları üzərində isə 7 ədəd PUA vurulub.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və ABŞ Prezidentlərinin telefon danışığına münasibət bildirib. Zelenski jurnalistlərlə söhbətində məsələ ilə bağlı ABŞ Prezidenti Donald Trampla hələ danışmadığını vurğulayıb. Ukrayna liderinin sözlərinə görə, rəsmi Kiyev enerji infrastrukturuna hücumların dayandırılması təklifini dəstəkləyəcək:

“Mən çox istərdim ki, Prezident Tramp Putinin nə istədiyini eşitsin və görsün. Rusiya tərəfi Zaporojye, Xarkov və Sumı istiqamətlərində bir neçə hücum planlaşdırıb. Nəyə görə? Ukraynaya maksimum təzyiq göstərmək və sonra güc mövqeyindən ultimatumlar vermək üçün”.
Zelenski əlavə edib ki, Ukrayna hərbçiləri Kursk vilayətində qalmaqda davam edirlər. Ukrayna lideri Rusiya ilə əsirlərin dəyişdirilməsi xəbərini təsdiqləyib. O, hazırda Ukrayna ordusunda ciddi silah çatışmazlığı olmadığını da vurğulayıb.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu siyasi ekspert Azər Həsrətlə gündəmi müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Mart 2025

BÜTÜN XƏBƏRLƏR