İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu amerikalılara qarşı iş açıldı – Rusiya ilə əməkdaşlıq ittihamı

 ABŞ Ədliyyə Nazirliyi Rusiyanın dövlət televiziya kanalları ilə əməkdaşlıq edən amerikalılara qarşı genişmiqyaslı cinayət təhqiqatına başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə mənbələrə istinadən “New York Times” yazır.

Artıq BMT-nin silah müfəttişi olmuş Skott Ritter və keçmiş prezident Donald Trampın müşaviri Dimitri Simsin evlərində axtarışlar aparılıb. Mənbələrin sözlərinə görə, daha çox axtarışlar planlaşdırılır və cinayət işi açıla bilər.

Müstəntiqlər diqqəti iqtisadi sanksiyaların və xarici hökumətlər üçün lobbiçilik fəaliyyətinin açıqlanmasını tələb edən qanunun  mümkün pozuntularına yönəldirlər.

İstintaq Rusiya tərəfinin bütün dünyada seçkilərin, o cümlədən noyabrda keçiriləcək ABŞ prezident seçkisinin nəticələrinə təsir göstərməyə çalışacağı şübhəsi əsasında başlayıb.

Skott Ritter keçmiş ABŞ hərbçisi, kəşfiyyat zabiti və BMT-nin İraqdakı silah müfəttişidir. 2011-ci ildə o, pedofil ittihamı ilə mühakimə edilib. 49 yaşında özünü 15 yaşlı qız kimi təqdim edən şəxslə internetdə yazışıb. Ritter əvvəlcə qızdan foto göndərməsini istəyib və şəkli aldıqdan sonra onun ədəbsiz davranışını müşahidə etməyi təklif edib.

Ritter Rusiya mediası ilə, xüsusən RT və “RİA Novosti” ilə əməkdaşlığa başlayıb.  O, Rusiya dövlət televiziya kanallarında verilişlərdə iştirak edir və Ukrayna müharibəsi mövzusunda çıxış edir.

Dmitri Simes sovet əsilli amerikalı politoloq, “The National Interest” jurnalının naşiri və keçmiş prezident Riçard Niksonun rəhbərlik etdiyi Amerika Milli Maraqlar Mərkəzinin keçmiş prezidentidir.

Dmitri Saymes sovet əsilli amerikalı politoloq, “The National Interest” jurnalının naşiri və keçmiş prezident Riçard Niksonun rəhbərlik etdiyi Amerika Milli Maraqlar Mərkəzinin keçmiş prezidentidir. 2018-ci ildən Birinci Kanalda “Böyük oyun” verilişinə aparıcılıq edir. 2023-cü ildə o, prezident Vladimir Putinin iştirakı ilə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasına moderatorluq edib. Saymes axtarışları onun siyasi cərəyana qarşı çıxması ilə əlaqələndirib.

Politoloq bildirib ki, FTB-nin ondan nədən şübhələndiyini bilmir.

 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR