İnsanlara hürriyət, millətlərə istiqlal!

BŞTİ-də yeni təyinatlar, 50 NƏFƏR...  

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinə işə qəbul üzrə əvvəlki illərdə keçirilmiş müvafiq imtahan və müsahibələrdə uğur qazanan 12 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini təyin edilib.

Qurumdan Musavat.com-a verilən məlumata görə, 4 nəfər uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, 4 nəfər psixoloq, 20 nəfər laborant, 2 nəfər kitabxanaçı, 4 nəfər kitabxana müdiri, 3 nəfər uşaq birliyi təşkilatı rəhbəri və 1 nəfər çağırışa qədərki hazırlıq rəhbəri il ərzində işə təyin edilib.

Qurumdan o da bildirilir ki, BŞTİ-nin tabeliyində 676 təhsil müəssisəsi fəaliyyət göstərir.

BŞTİ-nin tabeliyindəki məktəblərdə 505 470 şagirdin təlim-tərbiyəsi ilə 29 544 müəllim məşğul olur. 

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 42 226, IX siniflərində 43 490, XI siniflərində 28 288, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 166 nəfər təhsil alır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR