İnsanlara hürriyət, millətlərə istiqlal!

Brüssellə Pekin arasında MÜHARİBƏ

Avropa İttifaqı Çindən biodizel ixracına 12,8 faizdən 36,4 faizə qədər müvəqqəti idxal rüsumları tətbiq edib.

Musavat.com xəbər verir ki, bu barədə Avropa İttifaqının rəsmi jurnalında dərc olunan Avropa Komissiyasının qətnaməsində məlumat açıqlanıb.

AK qərarını Avropa bazarını subsidiyalaşdırılan məhsullardan qorumaqla əsaslandırır:

“Avropa Komissiyası Çində istehsal olunan biodizelin idxalına müvəqqəti antidempinq rüsumunu tətbiq edir”.

Rüsumlar həm bitki, həm də heyvan mənşəli biodizelin bütün növlərini təmiz formada və ya yanacaq qarışıqlarının bir hissəsi kimi əhatə edir.

İyul ayında Avropa Komissiyası Çində istehsalına dövlət subsidiyaları verilən elektrik avtomobillərinin idxalına əlavə rüsumlar tətbiq etdi, bu, Pekin və Brüssel arasında münasibətlərin yeni kəskinləşməsinə səbəb oldu.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR