İnsanlara hürriyət, millətlərə istiqlal!

"Brüsseldə tələblərimiz çox ciddi və sərt olacaq"- Fazil Mustafa

“İlham Əliyevin Brüsseldə Ermənistanın baş naziri ilə görüşünün nəticəsi istədiyimiz şəkildə ola bilər. Burda Azərbaycan tərəfindən qoyulan əsas tələb üçtərəfli bəyanatın şərtlərinə əməl edilməsidir. Ermənistan da bundan qaçmaq üçün müxtəlif bəhanələr önə sürür. Xüsusilə də Paşinyan söylədi ki, azərbaycanlılar Ermənistan vasitəsilə gəlib-gedə bilərlər. Paşinyanın islah, tərbiyə edə bilmədiyi bir millət var. Bu milləti necə saxlayacaq ki, gözləyin, azərbaycanlılar keçsin burdan? Ötən günlərdə tırların üzərinə çıxıb Türkiyə sözünü mismarla siliblər. Bunlar hələ Türkiyə sözünü belə silirlər, insanı necə edərlər? Ermənilər adamın ətini yeyərlər... Belə bir vəhşi cəmiyyətin olduğu yerdə belə məsuliyyətsiz təminat çıxışı etmək göstərir ki, ermənilər hələ də prosesə ciddi yanaşa bilmirlər. Hələ də məsələnin mahiyyətini anlamır, Azərbaycanın bu məsələdə nə qədər ciddi və qərarlı olduğunu başa düşmürlər”.

Redaktor.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə gözlənilən görüşünü şərh edərkən Milli Məclisin deputatı Fazil Mustafa dedi. O bildirdi ki, Laçından çəkilən yolu ermənilər bəxşiş olaraq qəbul etməməlidirlər.

“Biz burdan – Laçından yol çəkdik, dedik ki, rədd olun gedin, bu yol ilə əlaqə saxlayın. Amma bu yol o demək deyil ki, biz bunu erməniyə peşkəş edirik. Məgər bizim pulumuz artıqdır ki, onlara yol çəkibveririk. Biz bununla imzaladığımız sənədə sadiq qaldığımızı göstəririk.

Bu səbəbdənə görüşdə Azərbaycanın əsas tələbi bəyannamədə göstərilən yolun çəkilməsi olacaq. Əks halda Laçın dəhlizini ermənilərə qənim edəcəyik. Onlar Laçını, Zabuxu boşaltdıqdan sonra biz Laçın dəhlizinə də nəzarət edəcəyik. Əgər ermənilər bizə yol verməyəcəksə, bizim də borcumuz yoxdur ki, onların bizim ərazimizdə yaşamalarına təminat verək. Düşünürəm ki, bu mənada bizim Brüsseldə tələblərimiz çox ciddi və sərt olacaq. Dövlət başçımız da məhz bəyannamənin şərtlərinin yerinə yetirilməməsindən söz açacaq”,- deputat qeyd etdi.

Həmçinin F. Mustafa onu da əlavə etdi ki, ermənilər bizim torpaqlarda qalıb yaşamaq istəyirlərsə, Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər: “Azərbaycan vətəndaşlığını qəbul edən ermənilərə separatçı və terrorçulardan fərqli olaraq yaxşı münasibət göstərilməlidir. Separatçı və terrorçuların hamısını torpaqlarımızdan təmizləyəcəyik”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR