İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyalı nazir: Birləşmiş Krallıq Azərbaycanın yaxın və etibarlı tərəfdaşıdır

Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Nusrat Qani Birləşmiş Krallığı Azərbaycanın yaxın və etibarlı tərəfdaşı adlandırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə nazir “X” sosial şəbəkəsində paylaşım edib. Nusrat Qani Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov ilə görüşüb. Nazir bildirib ki, onlar COP29-u, regionda davamlı sülhü təmin etmək səylərini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Nusrat Qani Bakıya səfər etməyi səbirsizliklə gözlədiyini də qeyd edib.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR