Onlayn ictimai-siyasi qəzet
Rusiyalı milyarderlər Roman Abramoviç və Əlişir Usmanov Böyük Britaniyanın ən varlı adamları onluğundan çıxıblar.
AzVision.az xəbər verir ki, bu barədə The Times məlumat yayıb. Abramoviç 20 mövqe itirərək səkkizinci yerdən 28-ci yerə düşüb. Onun sərvəti 12 milyard funt-sterlinqdən 6 milyard funt-sterlinqə qədər azalıb. Usmanov altı pillə itirərək reytinqin 11-ci pilləsində qərarlaşıb. Onun sərvəti 3,4 milyard funt-sterlinq azalaraq 10 milyard funt-sterlinqə düşüb.
“LetterOne”un həmtəsisçisi Mixail Fridman isə milyarderlər siyahısında 19-cu yerdə qərarlaşıb. Onun sərvəti 2,57 milyard funt-sterlinq azalaraq 8,22 milyard funt-sterlinqə düşüb.
08 Oktyabr 2024
07 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ