İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyada İLK: Sanksiyalı şəxsə xidmət göstərən şirkət cərimələndi

Böyük Britaniyanın Maliyyə Sanksiyaları Təşkilatı (OFSI) Londonun Integral Concierge Services şirkətini Rusiya əleyhinə sanksiyalar rejimini pozduğuna görə 15 min funt sterlinq (20 min dollar) məbləğində cərimələyib.

Musavat.com xəbər verir bu barədə məlumatı Böyük Britaniya Maliyyə Nazirliyi yayıb.

Məlumata əsasən şirkət Böyük Britaniyada aktivləri dondurulmağa məruz qalan bir şəxsə əmlakın idarə edilməsi xidmətləri göstərib. Integral Concierge Services 2022-2023-cü illərdə “xidmətlərin maliyyə sanksiyalarını pozduğunu bilməsinə və ya şübhələnmək üçün ciddi əsaslara malik olmasına” baxmayaraq, “26 ödəniş edib və ya qəbul edib”. Nazirlik bildirib ki, şirkət cəriməyə etiraz etməyib və onu tam ödəyib.

Britaniya rəsmiləri söhbətin hansı şəxsdən getdiyini açıqlamayıb. Ümumilikdə, Rusiya Ukraynada işağlçı müharibəyə başladıqdan sonra London anti-Rusiya sanksiya siyahısına mindən çox fiziki və hüquqi şəxs əlavə etməklə genişləndirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR