İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya Ukraynaya helikopterlər verir, senatorlar isə Baydendən qətiyyət tələb edir

Rusiyanın Ukraynaya qarşı apardığı təcavüzkar müharibə başlayandan bəri Böyük Britaniya ilk dəfə rəsmi Kiyevi hərbi helikopterlərlə təmin edəcək.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə müdafiə naziri Ben Uolles məlumat yayıb.

Verilən informasiyalara əsasən, Ukraynaya ümumilikdə üç “Sea King” helikopteri veriləcək. Onlardan biri artıq Ukrayna ordusunun sərəncamındadır. Son altı həftə ərzində ukraynalı ekipajlar Böyük Britaniyada təlim keçiblər. Burada onlara idarəetmə bacarıqlarının inkişafı və avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin saxlanması, axtarış-xilasetmə əməliyyatlarının aparılması dərsləri keçirilib.

Nazir Uollesin sözlərnə görə rəsmi London Ukraynaya əlavə olaraq 10 min artilleriya mərmisi verəcək. Bu açıqlama Qərb müttəfiqlərinin Kiyevə gələcək hərbi dəstəyi müzakirə etdiyi Osloda verilib.

Dünən ABŞ-da 16 senatordan ibarət ikipartiyalı qrup prezident Co Bayden administrasiyasını Ukraynanın “MQ-1C Grey Eagle” zərbə vuran dronlarının tədarükü ilə bağlı qətiyyətli olmağa çağırıb. “Amerikanın Səsi” radiosunda çıxan xəbərə görə, senatorlar ABŞ Müdafiə Nazirliyindən bu məsələdə irəliləyiş əldə olunmamasının səbəbni göstərməyi tələb ediblər. Bayden administrasiyası indiyədək 9 kilometr hündürlüyə qalxan və bir gündən çox havada qala bilən bu cür dronlarla bağlı müraciətləri geri çevirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR