İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya SEPAH-ı terror təşkilatı kimi tanıyacaq

“The Daily Telegraph” məlumat yayıb ki, Britaniya hökuməti Yeni il tətilindən qayıdan kimi İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıyacaq.

Musavat.com-un xəbərinə görə, bu barədə politoloq Yeganə Hacıyeva məlumat verib.

Xəbərdə deyilir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun terror təşkilatı siyahısına salınacağı halda bu təsisata üzv olmaq, həmçinin onun fəaliyyətində iştirak etmək, simvollarını daşımaq və fəaliyyətini dəstəkləmək Böyük Britaniyada cinayət məsuliyyətinə çevriləcək.

Ötən ay Avropa İttifaqı “günahsız insanlara qarşı zorakılıq və edamlara” görə İİKK-yə sanksiyalar tətbiq edib. ABŞ SEPAH-ı 2019-cu ildən terror təşkilatları siyahısına daxil edib.

Etibar SEYİDAĞA
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR