Onlayn ictimai-siyasi qəzet
London Rusiya hərbi attaşesini Böyük Britaniyadan çıxarmaq, bəzi mülkləri diplomatik statusdan məhrum etmək və həmin ölkənin diplomatik vizalarının etibarlılıq müddətini məhdudlaşdırmaq qərarına gəlib.
Bu barədə "Reuters" məlumat yayıb.
Britaniya Daxili İşlər Nazirliyinin rəhbəri Ceyms Kleverli bu addımı Rusiyanın Böyük Britaniya və Avropadakı "zərərli" fəaliyyətlərinə cavab adlandırıb. Londonda həmin attaşenin Rusiya hərbi kəşfiyyatı ilə əlaqəli olduğunu iddia edirlər.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bununla bağlı Moskvanın adekvat cavab verəcəyini bildirib.
(Azadlıq Radiosu)
28 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ