İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya parlamentində QALMAQAL: Çinə casusluq edənlər SAXLANILDI

London polisi Çinin xeyrinə casusluqda ittiham olunan Britaniya parlamentinin iki əməkdaşını saxlayıb.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, hər iki şübhəli “dövlət sirri haqqında” qanun çərçivəsində həbs edilib.

Məlumata görə, casuslardan birinin daxili işlər nazirinin təhlükəsizlik üzrə müavini Tom Tugendhat və Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Alisiya Kern də daxil olmaqla bir neçə yüksək vəzifəli şəxs ilə əlaqələri olub.

Qeyd edək ki, həbslər xarici işlər naziri Ceyms Kleverlinin Pekinə səfərindən bir həftə sonra baş verib.

Həmin vaxt o, Böyük Britaniyanın əsas qlobal problemlərini həll etmək üçün Çin ilə praqmatik əlaqələr axtaracağını təkid edirdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR