Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya hökuməti yeni maliyyə ilində (6 aprel 2025-ci ildən 5 aprel 2026-cı ilə qədər) hərbi xərcləri ÜDM-in 2,36%-nə qədər artıracaq.
Musavat.com xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.
Qəzetin məlumatına görə, martın 26-da Böyük Britaniya Xəzinədarlığının rəhbəri Reyçel Rivz parlamentin İcmalar Palatasında çıxışı zamanı hərbi büdcənin 2,2 milyard funt sterlinq (2,9 milyard dollar) artırılacağını elan edəcək.
Bunun nəticəsində Britaniyada növbəti maliyyə ilində müdafiə xərclərinin ümumi həcmi ÜDM-in təxminən 2,4%-ni təşkil edəcək. Bu vəsait beynəlxalq humanitar yardım proqramlarından götürüləcək.
Qeyd edək ki, fevralın 25-də Böyük Britaniyanın baş naziri Kir Starmer ölkənin müdafiə xərclərinin 2027-ci ilə qədər ÜDM-in hazırkı 2,3%-dən 2,5%-ə çatdırılacağını açıqlamışdı.
Musavat.com
29 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ