İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya Mərakeşə 60 xilasedici və axtarış avadanlığı göndərəcək

Böyük Britaniya güclü zəlzələdən sonra Mərakeşə 60 xilasedici və axtarış avadanlığı göndərəcək.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Mütəxəssislər ölkəyə Böyük Britaniya Hərbi Hava Qüvvələrinə məxsus nəqliyyat təyyarəsi ilə aparılacaq.

Böyük Britaniya Mərakeşdə axtarış və xilasetmə əməliyyatlarını gücləndirmək üçün beynəlxalq səylərə rəhbərlik edir.

Qeyd edək ki, Mərakeşdə zəlzələ nəticəsində ölənlərin sayı 2 122 nəfərə çatıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR