İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya kəşfiyyatının rəhbəri İrəvana gəldi

Ermənistanın baş naziri Nikol Paşinyan Böyük Britaniyanın Gizli Kəşfiyyat Xidmətinin (Mİ6) rəhbəri Riçard Muru qəbul edib. 

Musavat.com xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. 

Məlumatda bildirilir ki, Riçard Mur və Paşinyan Cənubi Qafqaz regionunda baş verən prosesləri müzakirə ediblər. Söhbət zamanı regional və beynəlxalq təhlükəsizlik məsələlərinə də toxunulub.

Qeyd edək ki, İngilis kəşfiyyat zabiti, MI6-nın rəhbəri Riçard Mur Böyük Britaniyanın Türkiyədəki səfiri, Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin Siyasi Məsələlər üzrə Baş Direktoru olub.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR