İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya kəşfiyyatı: "İran dronları çox ləng olduğu üçün asan hədəf halına gəlir"

Britaniya kəşfiyyatı Ukraynaya hücumda İran dronlarınının nə səbəbə kütləvi şəkildə istifadə edilməsinə aydınlıq gətirib.

Musavat.com-un UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, İran dronlarının kütləvi şəkildə istifadə edilməsi Ukrayna Hava Hücumundan Müdafiə sisteminin sıradan çıxarılmasına hesablanıb. Britaniya kəşfiyyatı Ukrayna ordusunun İran dronlarına qarşı çox effektiv mübarizə apardığını da açıqlayıb. Məlumata görə, İran PUA-larının hücumlarının 85 faizindən çoxunun qarşısı alınır.

"İran PUA-ları çox ləngdir və gur səs çıxarır. Onlar çox alçaqdan uçurlar. Ona görə də Ukrayna ordusunun asan hədəfinə çevrilirlər", - deyə kəşfiyyatın məlumatında bildirilir. Məlumata görə, Rusiya tərəfi İrandan 300-dən bir neçə minədək Shahed-136 PUA-ları alıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR