Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya hakimiyyəti sərnişinlərin pasportlarını təqdim etməməsi üçün hava limanlarındakı sərhəd keçidlərində üz tanıma sistemi tətbiq etməyi planlaşdırır.
Bundan sonra Britaniyaya gələn sərnişinlər pasportlarını sərhəddə təqdim etməli olmayacaqlar. Qabaqcıl üz tanınma texnologiyasından istifadə etməklə sərnişinlərin ölkəyə daxil olması üçün hava limanlarında yeni elektron qapılar quraşdırılacaq.
Qeyd olunub ki, yeni sistemin ilk sınaqları 2024-cü ildə krallığın hava limanlarında başlayacaq.
Britaniya Sərhəd Qüvvələrinin rəhbəri Fil Duqlas bildirib ki, yeniliyin məqsədi “ağıllı sərhəd” yaratmaqdır.//Oxu.az
01 Oktyabr 2024
30 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ