İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya, Fransa və Almaniyadan İrana qarşı BƏYANAT

Britaniya, Fransa və Almaniya nüvə proqramı və ballistik raketlərin inkişafı ilə əlaqədar İrana qarşı sanksiyaları davam etdirəcək.

Musavat.com xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Birgə bəyanatda ölkələr İranın Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) kimi tanınan razılaşmaya ardıcıl və ciddi əməl etməməsinə birbaşa cavab olaraq sanksiyaları davam etdirəcəklərini bildiriblər.

Qeyd olunub ki, Tehran sazişin şərtlərinə tam əməl edənə qədər sanksiyalar qüvvədə qalacaq. 

İran Xarici İşlər Nazirliyi isə Avropanın bu qərarını qeyri-qanuni, təxribat xarakterli hərəkət adlandırıb:

"Bu, tərəflər arasında əməkdaşlığın artırılması üçün əlverişli mühitin yaradılması səylərinə mənfi təsir göstərəcək".

Xatırladaq ki, BHFP İran və BMT Təhlükəsizlik Şurasının beş üzvü və Almaniya tərəfindən 2015-ci ildə imzalanıb. Tərəflər nüvə proqramını məhdudlaşdırmaq müqabilində İrana qarşı sanksiyaları ləğv etmək barədə razılığa gəliblər. Üç il sonra ABŞ prezidenti Donald Trampın administrasiyası İrana qarşı sanksiya siyasətini bərpa edərək sazişdən çıxıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR