Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyanın Maliyyə Nazirliyinin tərkibindəki Maliyyə Sanksiyalarının İcrası İdarəsi iş adamı Fərhad Əhmədovun sanksiya siyahısından çıxarıldığını açıqlayıb.
Musavat.com xəbər verir ki, rəsmi məlumatda bildirilir: "Bu şəxs konsolidasiya olunmuş siyahıdan çıxarılıb və artıq aktivlərin dondurulması və ya etibarnamə xidmətlərinin qadağan edilməsi ona şamil edilmir".
82-ci yerdə qərarlaşan və sərvəti 1,6 milyard dollar dəyərində qiymətləndirilən Əhmədov 2022-ci ilin aprelindən etibarən Britaniyanın sanksiyaları altında idi. Onun aktivləri dondurulmuşdu. 2023-cü ilin may ayında isə Avropa İttifaqının Lüksemburq məhkəməsi Əhmədova tətbiq edilən sanksiyaları ləğv etmişdi.
Musavat.com
19 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ