Onlayn ictimai-siyasi qəzet
Britaniya Vaşinqtondan ABŞ prezidenti Donald Trampın polad və alüminium idxalına yüksək rüsumlar tətbiq etmək niyyəti ilə bağlı açıqlamalarına aydınlıq gətirilməsini tələb edib.
Musavat.com xəbər verir ki, bu barədə Britaniyanın rəsmi mənbələrinə istinadən “Politico” qəzeti məlumat yayıb.
Rəsmilərdən biri deyib ki, Britaniya diplomatları bazar günü axşam saatlarında məsələ ilə bağlı dərhal ABŞ rəsmiləri ilə əlaqə saxlayıb. Bildirilir ki, Britaniya hökuməti indi gözlənilən tədbirlərlə bağlı "əlavə əsaslandırma" gözləyir və "müvafiq sahələrlə yaxından işləyəcək".
Daxili işlər naziri Angela Eagle Sky News-a bildirib ki, Böyük Britaniyanın "ABŞ ilə çox balanslı ticarət əlaqələri" var. Onun sözlərinə görə, ikitərəfli ticarətin həcmi təqribən 300 milyard funt sterlinq (təxminən 372 milyard dollar) təşkil edir: “Bu balanslaşdırılmış ticarəti davam etdirmək çoxdankı müttəfiqlər və qonşular kimi hər iki ölkənin maraqlarına uyğundur”.
Musavat.com
01 Mart 2025
28 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ