İnsanlara hürriyət, millətlərə istiqlal!

BRİKS üzvü ölkədən açıqlama: Dollara alternativ yaratmaq planımız yoxdur

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın BRİKS ölkələrinə yönəlik hədəsi təşvişə səbəb olub. Baxmayaraq ki, Trampın dollara alternativ yaratmaq istəyən ölkələrdən idxala 100 faizlik rüsum tətbiqi hədəsini reallaşdırması ehtimalı yüksək qiymətləndirilmir, artıq Birliyin üzvləri arasında narahatlıqlar hiss olunmaqdadır.

Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, BRİKS üzvü olan Cənubi Afrika Respublikası rəsmiləri assosiasiyanın belə planlarının olmadığını bildiriblər.

Agentlik Cənubi Afrika Xarici İşlər Nazirliyindən sitat gətirib: “Son vaxtlar faktların təhrif edilməsi BRİKS-in yeni valyuta yaratmağı planlaşdırdığına dair yanlış rəyin yaranmasına səbəb olub. Lakin bu belə deyil”.

Qeyd olunur ki, BRİKS ölkələri arasında müzakirələr milli valyutalardan istifadə etməklə ticarətə yönəlib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Dekabr 2024

02 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR