İnsanlara hürriyət, millətlərə istiqlal!

Brigerdən ŞOK SÖZLƏR - Ukrayna ön cəbhədədir...

“Avropa İttifaqının içərində olduğu strateji vəziyyət ciddi şəkildə pisləşib”.

Musavat.com xəbər verir ki, bu barədə Avropa İttifaqının Hərbi Komitəsinin sədri Robert Briger Kiyev Təhlükəsizlik Forumunun açılışındakı çıxışında bildirib.

Onun sözlərinə görə, Şərq yarımkürəsinin müxtəlif bölgələrindəki münaqişələr dünyanı qlobal toqquşma həddinə gətirib və onu “təhlükəsizlik uğrunda mübarizə aparılan böyük bir arenaya” çevirib.

“Rusiya Avropaya yenidən ənənəvi (konvensional) müharibəni qaytardı. Hind okeanının şimal-qərbində və Qırmızı dənizdə husilər ticarət gəmilərinə hücum edirlər ki, bu da Avropanın təhlükəsizliyini və rifahını sarsıdır. Yaxın Şərqdə köhnə münaqişələr yenidən alovlanıb. Afrikada isə Qərb dünyası yerli proseslərə təsir imkanlarını və əlaqələrini itirir. Bir sözlə, biz daim eskalasiyanın astanasında balans saxlayırıq”, - deyə Briger vurğulayıb.

O bildirib ki, Rusiya Federasiyasına qarşı duran müdafiə qüvvələri potensial qlobal müharibənin ön cəbhəsində yer alır.

“Ukraynalılardan yaxşı heç kim anlamır ki, burada söhbət hansısa abstrakt ideyadan getmir. İndi əsas məsələ – üçüncü dünya müharibəsinin qarşısını necə almaqdır... Biz görürük ki, Ukrayna xalqı və silahlı qüvvələri sivil dünyanın gələcəyi uğrunda mübarizə aparır”, - deyə Aİ Hərbi Komitəsinin rəhbəri əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 May 2025

08 May 2025

BÜTÜN XƏBƏRLƏR