İnsanlara hürriyət, millətlərə istiqlal!

BRİCS üzvləri Ukrayna münaqişəsinə dair vahid mövqeyə gəliblər?

Kazanda işə başlayan BRİCS sammitinin yekun bəyannaməsində Ukrayna münaqişəsi ilə bağlı əksini tapacaq mövqe müəyyənləşdirilib.

Musavat.com xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Birinci Kanalın efirində deyib. Onun sözlərinə görə, artıq birlik üzvləri olan ölkələrin sənəddə qeyd olunacaq Ukrayna münaqişəsi ilə bağlı ümumi yanaşması razılaşdırılıb.

O, razılaşdırılmış mətnin BRİCS üzvləri arasında heç bir etiraz yaratmadığını vurğulayıb.

Bundan əvvəl baş nazir Narendra Modi BRİCS sammitində Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı bildirmişdi ki, Hindistan Ukraynadakı münaqişənin tezliklə sülh yolu ilə həllinin tərəfdarıdır və hərbi əməliyyatların dayandırılması üçün istənilən yardımı göstərməyə hazırdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR