İnsanlara hürriyət, millətlərə istiqlal!

Brejneva ilə Meladzenin niyə boşandığını açıqladı

Ukraynalı müğənni, aktrisa və teleaparıcı Vera Brejneva ilə həyat yoldaşı bəstəkar Konstantin Meladze boşanıb.

Məlumata görə, prodüser Alina Krasnaya "kp.ru"ya açıqlamasında ikilinin boşanma səbəblərini açıqlayıb. Onun sözlərinə görə, ayrılığa səbəb Veranın Ukrayna ilə bağlı açıqlamaları olub.

"Vera Meladzedən Ukraynaya açıq şəkildə dəstək verməsini istəyib. Amma bəstəkar Rusiyada istehsal mərkəzi və çoxlu daşınmaz əmlakı olduğu üçün bundan imtina edib. Buna görə də Vera ilə aralarında fikir ayrılığı yaranıb və ayrılıblar. Hazırda Meladze İtaliyada, Vera isə Baltikyanı ölkələrdə yaşayır", - deyə prodüser bildirib.

Həmçinin, Alina vurğulayıb ki, Meladze Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədən sonra gəlirləri azaldığı üçün "ВИА Гру" komandasını ləğv edib.

Qeyd edək ki, Brejneva ilə Meladze 2015-ci ildə gizli şəkildə nikah masasına əyləşib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR