İnsanlara hürriyət, millətlərə istiqlal!

BP 2023-cü ili xalis mənfəətlə başa vurub, amma...

Britaniyanın BP şirkəti 2023-cü ili xalis mənfəətlə başa vurub. Buna baxmayaraq, ilin dördüncü rübünün sonunda onun xalis mənfəəti təxminən 30 dəfə azalıb.

Musavat.com xəbər verir ki, şirkətin yaydığı məlumata görə, oktyabr-dekabr aylarında xalis mənfəət ötən ilin eyni dövründəki 10,8 milyard dollarla müqayisədə cəmi 371 milyon dollar təşkil edib.

Tam illik xalis gəlir 2022-ci ildəki 2,5 milyard dollar itkiyə qarşı 15,2 milyard dollar olub.

Ehtiyatların dəyişdirilməsi üzrə xərclərə uyğunlaşdırılmış mənfəət (ABŞ neft şirkətləri üçün xalis gəlirə ekvivalentdir, lakin birdəfəlik amillər nəzərə alınmadan) oktyabr-dekabr aylarında əvvəlki üç ayda 3,3 milyard dollar və əvvəlki ilin eyni dövründəki 4,8 milyard dollarla müqayisədə 3 milyard dollar təşkil edib.

"Bloomberg"in sorğusuna qatılan ekspertlər bu rəqəmi orta hesabla 2,76 milyard dollar proqnozlaşdırmışdılar.

BP-nin dördüncü rübdə əsaslı xərcləri 4,7 milyard dollar, bütün il üçün 16,3 milyard dollar təşkil edib. 2024-cü il üçün şirkət 16 milyard dollar əsaslı xərcləri planlaşdırır.

Dördüncü rüb ərzində şirkət xalis borcunu 1,4 milyard dollar azaldaraq 20,9 milyard dollara endirib. Son bir ildə şirkətin kapitallaşması 5,1 faiz azalaraq 77,87 milyard funt-sterlinqə düşüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR