İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Britaniyada iğtişaşlara görə fövqəladə komitə çağırılıb

Böyük Britaniyanın baş naziri Keir Starmer ölkədə geniş yayılmış şiddətli ifrat sağçı etirazlara görə təcili COBRA komitəsini çağırıb.

Musavat.com xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

"COBRA toplantısı bu gün Dauninq Stritdə sığınacaq axtaranların məskunlaşdığı otellərə basqına cəhd etdikdən sonra şiddətlənən zorakılığın altıncı günündə baş tutmalıdır", - xəbərdə bildirilir.

İclasda nazirlər, rəsmilər, polis və kəşfiyyatçılar iştirak edəcək. COBRA-nın məqsədi fövqəladə hallara cavab planını müzakirə etməkdir.

İyulun 29-da Sautportda 17 yaşlı oğlan uşaq rəqs və yoqa dərsi zamanı bıçaqla hücum edib. Hücum zamanı ümumilikdə 9 uşaq yaralanıb, onlardan üçünü xilas etmək mümkün olmayıb, həmçinin iki böyük həlak olub. Hücum edən şəxs saxlanılıb və cinayət işi açılıb. Lakin polis hücumun terrorla bağlı olmadığını bildirib.

Hücumdan sonra şübhəlinin qaçqın olduğu barədə təsdiqlənməmiş məlumat yayılıb. Bu məlumatların ortaya çıxması fonunda Soutport, London və Britaniyanın digər şəhərlərində iğtişaşlar baş verib. Sautportda keçirilən etiraz aksiyasında ifrat sağçı İngiltərə Müdafiə Liqasının tərəfdarları polislə toqquşub. İğtişaşlar zamanı 50-dən çox polis əməkdaşı yaralanıb.

Daha sonra ölkənin digər şəhərlərində də iğtişaşlar yaşanmağa başlayıb. Yüzdən çox adam saxlanılıb. Avqustun 4-də gecə etirazçılar Roterham və Tamvort şəhərlərində miqrantların yerləşdiyi iddia edilən otellərə hücum etməyə cəhd ediblər.

Sky News daha sonra aydınlaşdırıb ki, hücum edən şəxs Uelsdə ruandalı ailədə doğulub.

Bundan əvvəl İlon Mask Britaniyada baş verən kütləvi iğtişaşlar fonunda ölkədə vətəndaş müharibəsi olacağını proqnozlaşdırmışdı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR