Onlayn ictimai-siyasi qəzet
Britaniya hökuməti sahəni daha səmərəli hala gətirmək üçün dəmir yollarını milliləşdirir.
Musavat.com bu barədə Böyük Britaniya kralı III Çarlz Leyboristlər Partiyası kabinetinin əsas prioritetlərini əks etdirən yeni parlamentin ilk sessiyasının açılışı münasibətilə taxtdan çıxışında bildirib.
Kralın taxtdan çıxışı ənənəvi olaraq hökumət tərəfindən yazılır.
Dəmir yollarının milliləşdirilməsi iyulun 4-də parlament seçkilərindən sonra hakimiyyətə gələn Leyboristlərin seçki proqramına daxil edilib. 2020-ci ildə Leyboristlər Partiyasının lideri Keir Starmer Böyük Britaniyanın Krallıq Poçtunu, elektrik tədarükçülərini və su idarəetmə şirkətlərini milliləşdirməyə söz verib, lakin sonradan bu planlardan imtina edib.
Britaniya dəmir yolları ilk dəfə 1948-ci ildə Klement Atlinin Leyboristlər hökuməti tərəfindən milliləşdirilib. 1990-cı illərdə isə mühafizəkar baş nazir Con Meycor dəmir yollarını özəlləşdirib.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ