Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya Xarici İşlər Nazirliyi Rusiyanın qızıl, neft və strateji sektorlarında fəaliyyət göstərən və dəstəkləyən 29 fiziki və hüquqi şəxsə qarşı yeni sanksiyalar elan edib.
Böyük Britaniya hökumətinin mətbuat xidmətinin məlumatına görə, sanksiyalar siyahısına Rusiyanın ən böyük qızıl emalı zavodu, rus oliqarxları və biznesləri, habelə Rusiyanın müharibəsindən qazanc əldə edən üçüncü ölkələr daxildir.
Sanksiyalar Rusiyanın ən böyük qızıl istehsalçılarından ikisini – “Nordgold” və “Highland Gold” şirkətlərini əhatə edib: "Rusiyanın qızıl və neft bazarları Kremllə sıx əlaqələrə malikdir və onun Ukraynaya qanunsuz müdaxiləsi fonunda mühüm gəlir mənbəyidir. Qızıl Rusiyanın hərbi səyləri üçün əhəmiyyətli gəlir mənbəyidir".
Sanksiyalara Birləşmiş Ərəb Əmirliklərində yerləşən 300 milyon dollardan çox qızıl gəlirlərinin Rusiyaya köçürülməsinə cavabdeh olan şəbəkə - “Paloma Precious” DMCC, həmçinin şirkətin arxasında duran əsas şəxs - Hovard Con Baker daxildir.
Rusiyanın ən böyük neft emalı zavodu “Krastsvetmet”, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqı (RSPP) və Rusiya Milli Təkrar Sığorta Şirkəti (RNPC) və digər şirkətlər də sanksiyalara məruz qalıb.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ