İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük antinarkotik əməliyyatı - 525 nəfər tutulub – nazir “zəhər tacirlərinə dözmürük” dedi

Türkiyədə bu ölkə tarixində narkotik vasitələrə qarşı ən geniş əməliyyat keçirilib. Əməliyyat nəticəsində 525 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya “X” səhifəsində məlumat paylaşıb.

Məlumata görə, “Narkokapan-Ankara” əməliyyatına hazırlıqlar 6 ay davam edib. Araşdırmaları yüksək dəqiqliklə həyata keçirdiklərini, şübhəliləri texniki və fiziki nəzarətlə izlədiklərini bildirən Yerlikaya əməliyyatın təfərrüatı barədə bunları deyib:

“Bu gün səhər saat 05:00-da başlayan və respublika tariximizin ən böyük narkotik əməliyyatı olan bu əməliyyatı paytaxtımız Ankarada həyata keçirdik. Əməliyyata 4768 polis əməkdaşı, 1461 ekipaj, 40 xüsusi təlim keçmiş detektor it, 4 pilotsuz uçuş aparatı (PUA) və hava dəstəyi qüvvələri cəlb olunub. 626 fərqli ünvana eyni anda reydlər təşkil etmişik”.

"Bugün sabah 05.00’da başlayan Cumhuriyet tarihimizin en büyük uyuşturucu operasyonunu Başkentimiz Ankara’



Xatırladaq ki, Türkiyə Daxili İşlər Nazirliyinin ötən ay 76 vilayətdə narkotik satıcılarına qarşı keçirdiyi əməliyyatlarda 2 min 365 şübhəli yaxalanıb.
Narkotik satıcılarına qarşı əməliyyatlarda;

1 ton, 444 kq narkotik vasitə, 2 milyon 376 min narkotik həb götürülüb, 2365 şübhəli ələ keçib.

Antinarkotik tədbiri 3 min 547 komanda, 8 min 867 personal, 38 təyyarə və 72 narkotik axtarış itinin iştirakı ilə gerçəkləşib.

Tədbir İstanbul, İzmir, Adana, Ankara, Gaziantep, Konya, Antalya, Bursa, Samsun, Balıkesir, Denizli, Şanlıurfa, Manisa, Diyarbəkir, Mersin, Kocaeli, Kayseri, Batman, Tekirdağ, Malatya, Hatay, Sakarya, Bolu, Kahramanmaraş, Eskişehir, Çorum, Aksaray, Trabzon, Sivas Uşak, Ərzurum, Osmaniye, Van, Çanaqqala, Mardin, Nevşehir, Elazığ, Niğde, Sinop, Zonguldak, Adıyaman, Ədirnə, Giresun, Kütahya, Afyonkarahisar, Ağrı, Düzce, Karaman, Rize, Aydın, Bingöl, Ərdahan, Burdur, Tokat, Amaki Karacan, Yozgat Kırşehir, Isparta, Qars, Şırnak, Yalova, Ordu, Artvin, Biləcik, Hakkari, Kastamonu, Kırıkkale, Muş, Kilis və Siirtdə keçirilib.

O zaman Türkiyə daxili işlər naziri Əli Yerlikaya əməliyyatla bağlı belə bir açıqlama vermişdi:

“Əziz millətimizin bilməsini istəyirəm ki, zəhər tacirlərinə dözmürük. Uşaqlarımızın gələcəyini qaraltmağa imkan vermirik və verməyəcəyik”

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR