Onlayn ictimai-siyasi qəzet
DailyMail-də yer alan xəbərə görə, fevral ayında gənc oğlan çənəsinin sağ tərəfində, qulağına uyğun şişkinlik hiss edib.
O, bu ağır, lakin ağrısız kütləni əvvəlcə ciddi qəbul etməyib. Gördüyü simptomu Google-da axtardıqdan sonra bunun şişmiş limfa düyünləri və ya tüpürcək vəzi ola biləcəyini öyrənib. Lenfoma ehtimalı çox aşağı olub və heç bir əlavə əlaməti olmadığı üçün panikaya düşməyib.
Ancaq həftələr keçsə də, şişlik getməyib. Bu dövrdə boğaz ağrısı, yorğunluq və arabir yüngül qızdırma kimi əlamətlər yaşamağa başlayıb. O, bu vəziyyəti gərgin iş tempi və yeni mühiti ilə əlaqələndirib. Lakin həkimə müraciət edəndə tonzillitə şübhə yaranıb və antibiotik müalicəsi başlayıb.
Antibiotiklər təsir etmədikdən sonra əlavə müayinələr aparılıb və ona 2-ci mərhələ qeyri-Hodgkin lenfoması diaqnozu qoyulub.
Kimyaterapiya ilə mübarizə aparan Joshua erkən diaqnozun əhəmiyyətini vurğulayıb. O, “Xahiş edirəm, mənim etdiyim səhvi etməyin” deyərək, insanları simptomları vaxtında yoxlatmağa çağırıb.
Mütəxəssislər gənclər arasında xərçəngin artdığını bildirir və erkən diaqnozun vacib olduğunu qeyd edirlər.//E-saglam.az
21 Fevral 2025
20 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ