İnsanlara hürriyət, millətlərə istiqlal!

Borrell bu həftə Odessa limanı ətrafında blokadanın aradan qaldırılacağına ümid edir

“Biz digər mümkün imkanlardan istifadə edərək Ukrayna taxılının daşınmasına çalışırıq, həm quru yolla, həm Qara dəniz vasitəsilə Rumıniya və Bolqarıstana daşıyırıq, lakin bu kifayət deyil”.

APA xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Aİ XİN Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.

“Mən ümid edirəm ki, bu həftə Odessa limanı ətrafında blokadanın aradan qaldırılması istiqamətində razılaşma əldə olunacaq. On minlərlə insanın həyatı bu razılaşmadan asılıdır, yəni bu diplomatik oyun deyil, həyat və ölüm məsələsidir. Rusiya blokadanı götürməli və icazə verməlidir ki, Ukrayna eksportu həyata keçirsin”, - o qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR