İnsanlara hürriyət, millətlərə istiqlal!

Borrel: Milyonlarla insanı su və istilikdən məhrum etmək qəddarlıqdır

Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel Rusiyanın Ukraynanın mülki infrastrukturuna hücumunu pisləyib.

APA xəbər verir ki, Borrell bu barədə "Twitter"də bildirib.

"Rusiyanın Ukraynada mülki şəxslərə və kritik infrastruktura qarşı cinayətkar hücumlarını qətiyyətlə pisləyirik. Bu kütləvi şəkildə eletrikin kəsilməsinə səbəb olub və həmçinin Moldovada da elektrik kəsilib. Qışda milyonlar insanı işıq, su və istilikdən məhrum etmək qəddar və qeyri-insanidir. Aİ-nin Ukrayna və Moldovaya dəstəyi durmadan davam edir", - Borrel vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR