İnsanlara hürriyət, millətlərə istiqlal!

Boris Conson və Liz Trass HƏRƏKƏTƏ keçir

Böyük Britaniyanın keçmiş baş nazirləri Boris Conson və Liz Trass böyük siyasətə qayıtmağa ümid edirlər. 

Bildirilir ki, Trass Sunak iqtisadiyyatının kursunu yanlış hesab edir. O, ölkədə vergi yükünün azaldılması, mal və xidmətlərin istehsalının fəal şəkildə stimullaşdırılması zərurəti ilə bağlı məqalə dərc etməklə, hazırkı hökumət başçısı Rişi Sunakla qiyabi mübahisəyə girmək niyyətindədir.

Trass özü vəzifədə olarkən məhz belə bir siyasət yürütmək niyyətində idi, lakin planı ölkə üçün həddindən artıq büdcə xərcləri tələb etdiyindən bazarlarda çaxnaşma yaradıb.

Keçmiş baş nazirin tərəfdaşlarının sözlərinə görə o, döyüşü uduzduğunu hesab edir, lakin bu, uzun oyundur. Başqa bir mənbənin məlumatına görə, Trass 2024-cü il ümumi seçkilərdə məğlub olarsa və Sunakın istefası halında Mühafizəkarlar Partiyasına rəhbərlik edə biləcəyini düşünür.

Boris Consona gəlincə isə o, Londonun Ukrayna məsələsində qətiyyətli olmadığını düşünür. (Oxu.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR